Tayvan sahillərində 6,7 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 397 min nəfərin yaşadığı Kilun liman şəhərindən 63 km cənub-şərqdə, 68 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur, sunami xəbərdarlığı verilməyib.
Bizim.Media