Litva piyada əleyhinə minaların qadağan edilməsi haqqında Ottava Konvensiyasından rəsmi şəkildə çıxıb.
Bizim.Media xəbər verir ki, Vilnüs razılaşmadan çıxacağı barədə BMT-nin baş katibini iyunun 28-də məlumatlandırıb və bu gün qərarı rəsmiləşdirib.
Bundan sonra Litva ən azı on minlərlə piyada əleyhinə minanın alınması və ya istehsalı imkanları ilə bağlı danışıqlara başlayacaq.
Mart ayında Litva, Latviya, Estoniya və Polşanın müdafiə nazirləri birgə bəyanatla öz ölkələrini bu müqavilədən çıxmağa çağırıblar, sonradan onlara Finlandiya da qoşulub. İyun ayında isə Volodimir Zelenski Ukraynanın Ottava Konvensiyasından çıxması barədə fərman imzalayıb.
Qeyd edək ki, Ottava Konvensiyası piyada əleyhinə minaların istifadəsini, toplanmasını, istehsalını və ötürülməsini qadağan edir, həmçinin onların məhv edilməsini tələb edir. Saziş 3 dekabr 1997-ci ildə imzalanıb və 1 mart 1999-cu ildə qüvvəyə minib. Konvensiyaya 163 ölkə qoşulub.
Bizim.Media