İsrail rəhbərliyinin Somalilandın müstəqilliyini tanımaq qərarını Türkiyə, Misir, Somali, Cibuti və tərkibinə təxminən 50 dövlətin daxil olduğu Afrika İttifaqının komitəsi pisləyib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, ölkələrin xarici işlər nazirləri telefon danışığı zamanı İsrailin bu qərarını qınayaraq Somalinin suverenliyinə dəstəklərini vurğulayıblar.
“Bu müstəqilliyin tanınması təhlükəli presedent yaradır”, — deyə Misirin Xarici İşlər Nazirliyində bildirilib.
Qeyd edək ki, daha əvvəl İsrail rəhbərliyi Somalilandın müstəqilliyini rəsmi olaraq tanıyıb.
Müvafiq bəyannaməni İsrailin baş naziri Benyamin Netanyahu və Somalilandın prezidenti imzalayıblar.
Bizim.Media