Bu süd məhsulu yaşlanmanı ləngidə bilər - ARAŞDIRMA

Yaponiya alimlərinin tədqiqatlarına görə, kefir immun sisteminin yaşa bağlı dəyişikliklərini ləngidə və yaşlanma əlamətlərini azalda bilər.

Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələri Shinshu Universitetinin mütəxəssisləri tərəfindən dərc olunub.

Eksperiment çərçivəsində tədqiqatçılar səkkiz həftə boyunca yaşlı siçanlara kefirdən ayrılmış lakto-bakteriya ştamı — Lentilactobacillus kefiri YRC2606 (istiliklə inaktiv edilmiş) veriblər.
 

Sonra alimlər heyvanların immun sisteminin vəziyyətini təhlil ediblər. Məlum olub ki, YRC2606 qəbul edən siçanlarda timus və qaraciyərdə yaşa bağlı dəyişikliklər nəzarət qrupuna nisbətən xeyli zəif olub.


Bundan əlavə, onların xroniki iltihab əlamətləri və hüceyrə bölünməsini əngəlləyən zülalların səviyyəsi — toxuma yaşlanmasının əsas mexanizmlərindən biri azalmışdır.

Tədqiqatın baş müəllifi Hiroka Sasahara qeyd edib ki, əldə olunan nəticələr kefir bakteriyalarının yaşlı insanlarda immunitetin dəstəklənməsində potensialını göstərir.

“YRC2606 yaşa bağlı xəstəliklərin müalicəsində faydalı ola bilər, məsələn, funksional qida məhsulları və ya yaşlı insanlarda immun funksiyasını qorumağa yönəlmiş qida əlavələrinin tərkibində istifadə edilə bilər,” — deyə o əlavə edib.

Alimlərin fikrincə, immun sisteminin gücləndirilməsi fiziki funksiyaların qorunmasına kömək edə və nəticədə yaşlılıqda müstəqillik və həyat keyfiyyətini yaxşılaşdıra bilər.
 

Kefir uzun müddətdir ki, probiotiklər və qida maddələrinin mənbəyi kimi tanınır. Bir stəkan içki təxminən 9 qram zülal və gündəlik kalsium ehtiyacının üçdə birindən çoxunu təmin edir, həmçinin fosfor, maqnezium və B12, B2, D və K2 vitaminlərini ehtiva edir.


Kefirdəki probiotiklər həzm sistemini yaxşılaşdırır, “pis” xolesterin səviyyəsini azaldır və zərərli bakteriyaların böyüməsini əngəlləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aİ-95 benzin BAHALAŞACAQ?

Aİ-95 benzin BAHALAŞACAQ?

Alman evlərində niyə mətbəx olmur?

Alman evlərində niyə mətbəx olmur?

İlham Əliyev və Fridrix Merts arasında TELEFON DANIŞIĞI

İlham Əliyev və Fridrix Merts arasında TELEFON DANIŞIĞI

BİZİM TƏQVİM:Martın 18-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Martın 18-də baş vermiş tarixi hadisələr

Layiq olduğu dəyəri görməyən ulduzlar KİMLƏRDİR?

Layiq olduğu dəyəri görməyən ulduzlar KİMLƏRDİR?

Mənsum İbrahimov ifaçılara SƏSLƏNDİ

Mənsum İbrahimov ifaçılara SƏSLƏNDİ

Azərbaycanla Serbiya yaşıl və ənənəvi enerjidə güclərini birləşdirir - FOTO

Azərbaycanla Serbiya yaşıl və ənənəvi enerjidə güclərini birləşdirir - FOTO

"Şamaxı"nın legioneri milliyə ÇAĞIRILDI

"Şamaxı"nın legioneri milliyə ÇAĞIRILDI

Yazda gündüz yuxululuğunun səbəbləri və həll yolları açıqlandı

Yazda gündüz yuxululuğunun səbəbləri və həll yolları açıqlandı

Bir sıra istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Bir sıra istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Vüsalə qardaşının MƏZARINDA: “Bu gün hesabat günüm idi” - FOTO

Vüsalə qardaşının MƏZARINDA: “Bu gün hesabat günüm idi” - FOTO

Ağdamda QƏZA: Xəsarət alanlar var

Ağdamda QƏZA: Xəsarət alanlar var

DİQQƏT: Bu ərazidə işıq olmayacaq

DİQQƏT: Bu ərazidə işıq olmayacaq

BƏƏ Hörmüz boğazının açılması üzrə koalisiyaya qoşula bilər

BƏƏ Hörmüz boğazının açılması üzrə koalisiyaya qoşula bilər

FHN əməkdaşları sahibkarlara mallarını çıxarmalarına köməklik göstərirlər - FOTO/VİDEO

FHN əməkdaşları sahibkarlara mallarını çıxarmalarına köməklik göstərirlər - FOTO/VİDEO

Gürcüstanda matəm ELAN EDİLDİ

Gürcüstanda matəm ELAN EDİLDİ

Bakıda yük avtomobillərindən oğurluq edən şəxs TUTULDU

Bakıda yük avtomobillərindən oğurluq edən şəxs TUTULDU

SON DƏQİQƏ: Lalə Azərtaşın verilişi də bağlandı

SON DƏQİQƏ: Lalə Azərtaşın verilişi də bağlandı

Ceyhun Bayramov Əraqçi ilə DANIŞDI: “Dron hucumları ilə bağlı araşdırmaların tamamlanması vacibdir”

Ceyhun Bayramov Əraqçi ilə DANIŞDI: “Dron hucumları ilə bağlı araşdırmaların tamamlanması vacibdir”

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Sabah Ağstafada 12 mindən çox abonent QAZSIZ QALACAQ

Sabah Ağstafada 12 mindən çox abonent QAZSIZ QALACAQ

Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi

Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi

Alena Əliyeva əsaslı bərpa və konservasiya işlərindən sonra Buxara karvansarasının açılışında - FOTO

Alena Əliyeva əsaslı bərpa və konservasiya işlərindən sonra Buxara karvansarasının açılışında - FOTO

Sahibkarlar yanan Dərnəgül bazarından mallarını çıxarmağa çalışırlar - FOTO/VİDEO

Sahibkarlar yanan Dərnəgül bazarından mallarını çıxarmağa çalışırlar - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO