Ukrayna hərbçiləri 100 gün ərzində Dnepropetrovsk vilayətində beş kənd üzərində nəzarəti bərpa ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əsas əməliyyat payız aylarında baş tutub. Mülki obyektlərin azad edilməsi əməliyyatı 100 gündən artıq davam edib və 20-ci ordu korpusunun bölmələrinin dəstəyi ilə həyata keçirilib. Beləcə Orestopol, Sosnovka, Xoroşeye, Voronoye və Novosyolovka kəndləri azad edilib.
Bizim.Media