Əfqanıstanın keçmiş polis rəisi İkramuddin Sari Tehranın mərkəzində güllələnib.
Bizim.Media xəbər verir ki, mənbələrə görə, o, naməlum silahlı şəxslər tərəfindən pusquya salınıb.
Onunla birlikdə olan keçmiş Əfqanıstan ordusu komandiri Məhəmməd Əmin Almas da öldürülüb, digəri bir şəxs isə yaralanıb.
Sari əvvəllər Təhar və Bağlan əyalətlərində polisə rəhbərlik edib. O, 2021-ci ildə Əfqanıstanı tərk edib və İranda olarkən "Taliban"ı açıq şəkildə tənqid edib.
Bizim.Media