Yaponiyanın xarici işlər nazirinin müavini Onişi rəsmi səfərlə Suriyaya gedib. Bu, son 15 il ərzində Suriyaya səfər edən ilk yüksək vəzifəli yapon siyasi xadimin səfəri olub və Tokio ilə Dəməşq arasında münasibətlərdə yeni mərhələnin başlanğıcını simvolizə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Yaponiya XİN məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Onişi Suriyanın maliyyə naziri Barniehlə, eləcə də Suriyanın Xarici İşlər Nazirliyinin nümayəndələri ilə danışıqlar aparıb.
Qeyd edilib ki, Yaponiyanın XİN başçısının müavini Tokioyun Suriyada yeni hökumət formalaşdıqdan sonra inklüziv, sülhsevər və sabit keçid prosesini dəstəkləmək niyyətində olduğunu bildirib və vurğulayıb ki, bu səfər ikitərəfli münasibətlərdə “yeni bir səhifə” açır.
Bizim.Media