Rusiyada Orenburq vilayət məhkəməsi kriminal aləmdə “Rəşid Cambulski” kimi tanınan, 59 yaşlı qanuni oğru Rəşid Xaçatryanı 17,5 il müddətinə azadlıqdan məhrum edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Lenta.ru” nəşrinə region prokurorluğundan məlumat verilib.
Xaçatryan cinayət iyerarxiyasında ən yüksək mövqe tutmaq maddəsi üzrə təqsirli bilinib. Məhkəmənin müəyyən etdiyinə görə, o, 2019-cu ilin aprel–avqust ayları arasında Orenburq vilayəti və Tatarıstan Respublikasının ərazilərində kriminal təsirini həyata keçirib.
İstintaq materiallarına əsasən, Xaçatryan cinayət aləminin liderlərinin görüşlərində şəxsən iştirak edib, hədə-qorxu və talanlarla məşğul olan mütəşəkkil cinayət qrupunu yaradıb və ona rəhbərlik edib. Əldə olunan vəsaitləri isə cinayətkar birliyin üzvləri arasında bölüşdürüb.
Bizim.Media