Azərbaycanla Oman Sultanlığı arasında vizaya dair saziş təsdiq edilib.
Bizim.Media xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” müzakirəyə çıxarılıb.
Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, sözügedən saziş bu il oktyabrın 29-da Məsqət şəhərində imzalanıb.
Günay Şahmar, Bizim.Media