Ukrayna ordusu Rusiyanın Stavropol diyarının Budyonnovsk şəhərində yerləşən “Lukoyl” şirkətinə məxsus “Stavrolen” neft-kimya zavoduna hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna teleqram kanalları məlumat yayıb.
Stavropol qubernatoru Vladimir Vladimirov şəhərə zərbələrin endirildiyini təsdiqləyib. Onun sözlərinə görə, sənaye zonasında yanğın baş verib.
Bizim.Media