ABŞ hərbi qüvvələri Sakit okeanın şərq hissəsində beynəlxalq sularda narkotik kartelləri tərəfindən istifadə edildiyi iddia olunan bir gəmiyə zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Cənub Komandanlığının açıqlamasında bildirilir.
“Kəşfiyyat məlumatları gizli gəminin Şərqi Sakit okeanda məlum narkotik qaçaqmalçılığı marşrutu üzrə hərəkət etdiyini və narkotik ticarəti məqsədilə istifadə olunduğunu təsdiqləyib”, - açıqlamada qeyd olunur.
Məlumata görə, hücum nəticəsində bir nəfər həlak olub.
Komandanlıq bildirib ki, “Cənub Nizə Əməliyyatı”nın Birgə Operativ Qrupu əməliyyata dekabrın 22-də ABŞ-ın müdafiə naziri Pit Heqsetin göstərişi ilə başlayıb.
Bizim.Media