Prezident Donald Tramp ABŞ-ın Venesuela sahillərində ələ keçirdiyi tankerdə olan 1,9 milyon barel nefti saxlamağa davam edəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, o, həmçinin gəmiləri də saxladıqlarını bildirib.
Ağ Evin sahibi bu addımlar qarşısında Venesuela Prezidenti Nikolas Maduronun sərt oynayacağı halda, bunun onun sonuncu sərt oyunu olacağını bildirib.
Tramp Venesuelaya hərbi təzyiqinin sonunda Maduronun hakimiyyətdən getməsinin ən ağıllı addım olacağını vurğulayıb.
Bizim.Media