Tramp administrasiyası Asiya, Afrika, Şərqi Avropa, Mərkəzi və Cənubi Amerika ölkələrindən 48 səfirin geri çağırılması barədə qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə “The New York Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Bu, istənilən administrasiya dövründə tətbiq olunan standart prosedurdur”, — deyə qəzet ABŞ Dövlət Departamentinin nümayəndəsinin sözlərini sitat gətirib. Bununla yanaşı, nəşr qeyd edib ki, Tramp administrasiyası ABŞ-ın əsas tərəfdaşı sayılan ölkələrdə hələ də daimi diplomatik nümayəndəlik rəhbərlərini təyin etməyib.
Xüsusilə, hazırda ABŞ-ın Avstraliya, Almaniya, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Koreya və Ukraynada səfirləri yoxdur.
Bizim.Media