Qərbi Zəngəzurda (Sünik) 18 dekabrda baş verən hadisə barədə yalnız bu gün məlumat yayılıb.
Bizim.Media bu barədə erməni mediasına istinadən xəbər verir.
Məlumata əsasən, təxminən saat 02:15 radələrində iki nəfər döş qəfəsinin sınığı və sıyrıqları ilə Meğri Tibb Mərkəzinə gətirilib.
“Aryan Tunel” QSC-nin işçiləri olan bu şəxslərin yıxılaraq xəsarət aldıqları məlum olub. Yaralananlar İran vətəndaşlarıdır: 23 yaşlı Sərmast Yadolan və 26 yaşlı Kərəmi Məsud.
Meğri icmasının polisi onu da müəyyən edib ki, onlar qeyd olunan xəsarətləri Şimal-Cənub magistralının bir hissəsi kimi “Səad Ariana Tuneli” QSC-nin Ermənistan bölməsi tərəfindən Meğridə inşa etdiyi tunelin möhkəmləndirilməsi işləri zamanı alıblar. İşçilər təxminən 2,5 m hündürlükdən yıxılaraq ağır xəsarət alıblar.
Bizim.Media