Türkiyədə növbəti Rusiya mənşəli güman edilən pilotsuz uçuş aparatı aşkar edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, dron boş sahədə tapılıb, partlamayıb və ətrafa zərər vurmayıb. PUA Ankaraya ekspertizaya göndəriləcək.
Ehtimal edilir ki, PUA uzaq müşahidə üçün nəzərdə tutulmuş rus kəşfiyyat dronu “Merlin-VR” ola bilər. Bu, Rusiyanın ən bahalı kəşfiyyat dronlarından biridir və qiyməti 300 min dollardan bahadır.
Xatırladaq ki, 19 dekabr tarixində də Türkiyədə rus hərbi nişanlı “Orlan” kəşfiyyat dronunun qalıqları tapılmışdı, həmçinin 15 dekabrda Türkiyə hərbçiləri Qara dəniz üzərində naməlum dronu ölkənin hava məkanına yaxınlaşmağa cəhd edərkən vurmuşdular.
Bizim.Media