Ukraynanın müdafiə naziri Denis Şmıqal Ukraynanın cəbhəyanı ərazilərində fortifikasiya tədbirlərini qiymətləndirib.
Ukraynanın baş naziri Denis Şmıqal ölkənin cəbhəyanı ərazilərində fortifikasiya tədbirləri ilə bağlı fikirlərini bölüşüb.
Bizim.Media xəbər verir ki, Şmıqal işlərin Zaporojye, Donetsk, Sumı, Xarkov, Çerniqov və Kiyev vilayətlərində aktiv şəkildə davam etdiyini qeyd edib.
Müdafiə nazirinin verdiyi məlumata görə, 2 mindən çox tağım səviyyəli dayaq məntəqəsi, 3 min kilometrdən artıq tankəleyhinə xəndək, eləcə də minlərlə kilometr digər mühəndis maneələri inşa edilib.
Şmıqal fortifikasiya qurğularının tikinti tempinin daha da artırılmasının və texnologiyaların təkmilləşdirilməsinin vacibliyini vurğulayıb: “Çünki bu obyektlər ölkənin müdafiə qabiliyyəti üçün əsas əhəmiyyət daşıyır”.
Bizim.Media