Astarada itkin düşmüş hesab edilən balıqçı Turan Həsənovun meyiti İranda tapılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, itkin düşmüş hesab edilən balıqçı 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun meyiti Xəzər dənizinin İran tərəfində tapılıb.
Meyitin Azərbaycana təhvil verilməsi istiqamətində işlər aparılır.
Qeyd edək ki, bu gün səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında balıqçılardan biri 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti tapılıb.
Sabutay, Bizim.Media, Cənub bürosu.