“Ukraynada hakimiyyət legitim olmalıdır. Biz seçkilər dövründə Ukrayna ərazisinin dərinliklərinə zərbələri dayandırmağa hazırıq”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidenti Vladimir Putin bildirib.
O qeyd edib ki, əgər Ukrayna seçkilərdən Rusiya ordusunun irəliləyişini dayandırmaq üçün istifadə etmək istəyirsə, bu, yanlış seçimdir: “Rusiya Federasiyası Ukraynada keçiriləcək seçkilər zamanı təhlükəsizliyin təmin olunması barədə düşünməyə hazırdır. Həmçinin hökumət Rusiya ərazisində yaşayan ukraynalıların ölkə ərazisində səs verə bilməsi tələbini irəli sürəcək”.
Bizim.Media