Evdə infarkt keçirdikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Fatih Ürekin komaya düşdüyü iddia edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Müğənni hələ də reanimasiya şöbəsində müalicə alır və vəziyyəti ağır olaraq qalır. O, həkimlərin nəzarəti altında müalicə olunur.
Qeyd edək ki, Fatih Ürek 15 oktyabrda evində infarkt keçirib və ürəyi 20 dəqiqə dayanmışdı.
Bizim.Media