ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem vətəndaşlıq və miqrasiya xidmətinə "Green Card" kimi tanınan DV1 (Diversity Immigrant Visa Program) proqramını müvəqqəti dayandırmaq göstərişini verib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem X sosial şəbəkəsindəki səhifəsində bildirib.
“Prezident Trampın göstərişi ilə mən dərhal USCIS-ə (ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti) DV1 proqramlarını dayandırmaq barədə əmr verirəm ki, bu zərərli proqram səbəbindən amerikalılara artıq zərər dəyməsin”, – deyə o, paylaşımda yazıb.
Məlumata görə, Braun Universitetində baş verən atışmada şübhəli bilinən şəxsin ölkəyə “Green Card” (yaşıl kart) lotereyası proqramı vasitəsilə daxil olması ilə əlaqədar ABŞ bu proqramı dayandırır.
Bizim.Media