ABŞ Maliyyə Nazirliyi İran məhsullarının daşınmasında iştirak etdiyi deyilən əlavə 29 gəmiyə sanksiya tətbiq edib.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Məlumata görə, 12 ay ərzində Tramp administrasiyası İran neft və qaz ticarəti ilə əlaqəli olan 180-dən çox gəmini sanksiyalar altına alıb. Yeni sanksiya tankerləri idarə edən gəmiçilik şirkətlərinə də şamil edilir.
Bizim.Media