Rusiyanın Rostov-na-Donuda yerləşən yük gəmisinə Ukraynanın pilotsuz uçuş aparatları ilə hücum nəticəsində iki ekipaj üzvü həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə bölgə qubernatoru Yuri Slyusar öz Telegram kanalında məlumat yayıb.
O qeyd edib ki, Ukrayna dronlarının zərbəsi nəticəsində gəmidə yanğın başlayıb. Gəmidə olan iki ekipaj üzvü ölüb, üç nəfər yaralanıb. Yanğın 20 kvadratmetr sahəni əhatə edib və hazırda söndürülüb.
Bizim.Media