Cümə günü keçiriləcək Avropa İttifaqı (Aİ) sammitinin əsas məqsədi Belçika hökumətini Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi ilə bağlı mövqeyindən geri çəkilməyə inandırmaqdır.
Bizim.Media xəbər verir ki, bu barədə Politico qəzeti yazıb.
“Sammitin əsas məqsədi Belçikanı öz narazılıq mövqeyindən çəkindirməkdir, hətta bu, danışıqların gecə saatlarına qədər uzanmasına səbəb olsa belə,” – məqalədə qeyd olunur.
Belçika rəsmilərinin sözlərinə görə, dondurulmuş Rusiya aktivləri Euroclear depozitindən çıxarılmayacaq.
Aİ liderləri, həmçinin ABŞ və Çinin dünya iqtisadiyyatındakı mövqeyinə cavabı müzakirə edəcək, həmçinin alyansın genişləndirilməsi məsələsi gündəmdə olacaq.
Bizim.Media