“ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasının məqsədi Avropanı “yerinə oturtmaq” və ona öz qaydalarını diktə etməyə imkan verməməkdir”
Bizim.Media xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov “İran Dövlət Televiziya və Radio Şirkəti”nə (IRIB) müsahibəsində bildirib.
O qeyd edib ki, Rusiya ABŞ-ın Ukrayna tərəfi ilə son təmasları ilə bağlı Vaşinqtondan reaksiya gözləyir.
“Avropa tarix boyu dəfələrlə böhranların və bəlaların mənbəyi olub — kolonializm və dünya müharibələri də daxil olmaqla. Avropanın Ukrayna münaqişəsinə yanaşması xəstəliyi anlamayan, amma dərman verən zəif bilikli həkimi xatırladır.
Bir çox avropalının oğurluğa genetik meyli dondurulmuş Rusiya aktivləri ilə bağlı vəziyyətdə aydın görünür. Rusiyanın mövcud Avropa rəhbərliyi ilə danışmağa mövzusu yoxdur”, - rusiyalı nazir deyib.
Lavrov qeyd edib ki, ABŞ Avropa İttifaqına bildirir ki, onların Avropa avantüralarını daim dəstəkləyəcəyinə ümid etməsinlər.
Bizim.Media