“Bizim ərazi və suverenliyimiz satılmır. Rusiya heç nə əldə etməyəcək”.
Bizim.Media xəbər verir ki, bunu Ukraynanın BMT-dəki səfiri Andrey Melnik deyib.
“Biz milad bazarında deyilik. Rusiya istəyir ki, Ukrayna təslim olsun.Az əvvəl bunu eşitdik.
Amma mənim cavabım belədir: “Siz yalnız bublikin dəliyini əldə edəcəksiniz””, – deyə o, BMT-nin iclasında Rusiya səfiri Nebenzaya müraciətlə bildirib.
Bizim.Media