ABŞ, qaçaqmalçılıq yolu ilə Türkiyədən çıxarılan 41 ədəd tarixi sənət əsərini ölkəyə geri qaytarıb.
Bizim.Media xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Bildirilir ki, əsərlərin ümumi dəyəri 8 milyon dollardan çoxdur.
Artefaktların təhvil verilməsi mərasimi Nyu-Yorkun Manhetten dairə prokurorluğu tərəfindən təşkil edilib. Tədbirdə Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazğı və yerli rəsmilər iştirak ediblər.
Qeyd olunub ki, geri qaytarılan artefaktlar beynəlxalq birgə araşdırma nəticəsində qaçaqmalçılardan müsadirə edilib. Bu fakt iki ölkə arasında sənət əsərləri qaçaqmalçılığı ilə mübarizədə əməkdaşlığın əhəmiyyətini göstərir.

Bizim.Media