Alimlər siqaretlə bağlı məşhur mifi puç etdilər

Con Hopkins Tibb Mərkəzinin alimləri maraqlı araşdırma aparıblar. Elm adamları müəyyən ediblər ki, siqareti qismən atmaq ürək-damar xəstəlikləri riskini demək olar ki azaltmır. Yalnız siqaretdən tamamilə imtina etmək bu istiqamətdə əhəmiyyətli faydalar gətirir.

Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələri PLOS Medicine jurnalında dərc olunub.

Tədqiqat, təxminən 20 il aparılıb. Bu illər ərzində izlənilən 323.826 orta yaşlı insanlardan əldə edilən məlumatlar toplanılıb.

Bu müddət ərzində 125.000-dən çox ölüm və 54.000 ürək-damar xəstəliyi hadisəsi qeydə alınıb. Tədqiqatçılar könüllülərin siqaret çəkmə tarixçəsini, gündə çəkilən siqaretlərin sayını və siqareti tərgitdikdən sonrakı dönəmləri "Cox" proporsional risklər modelindən istifadə edərək təhlil ediblər.
 

Tədqiqata qatılmış iştirakçıların orta yaşı təxminən 60 olub. Onların əksəriyyəti qadınlar imiş. Tədqiqata başlayanda 14% hazırda siqaret çəkən, 49% siqareti tərgitmiş və 36% heç vaxt tütün məhsullarından istifadə etməmiş şəxslər olub.


Təhlillər zamanı demoqrafik amillər, bədən kütlə indeksi, diabet, koronar ürək xəstəliyi və alkoqol istehlakı da nəzərə alınıb.

Nəticələr göstərib ki, gündə hətta bir neçə siqaret belə ürək-damar xəstəlikləri riskinin əhəmiyyətli dərəcədə artması ilə əlaqələndirilir.

"Hazırkı və keçmişdə siqaret çəkmiş şəxlər üçün risk dərəcəsi üç amil ilə müəyyən edilir: siqaret çəkmə müddəti, gündə çəkdikləri siqaretlərin sayı və siqareti tərgitdikdən sonrakı vaxt amili. Lakin dəqiq bir qənaət əldə edilib ki, yalnız siqaretdən tamamilə imtina etmək ürək-damar xəstəliklərinin inkişaf riskini əhəmiyyətli dərəcədə azaldır", - deyə "Ciccarone" Ürək-Damar

Xəstəliklərinin Qarşısının Alınması Mərkəzinin Klinik Tədqiqat Direktoru və tədqiqatın aparıcı müəllifi, tibb elmləri doktoru Maykl Blaha bildirib.

Qeyd edək ki, indiyə kimi həkimlər siqareti azaltmağın ürək-damar xəstəliklərinin qarşısını aldığını iddia edirdilər.(Publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Real”da CİDDİ İTKİ

“Real”da CİDDİ İTKİ

Vens: “Tramp bizi uzunmüddətli və uzanan münaqişələrə cəlb etməkdə maraqlı deyil”

Vens: “Tramp bizi uzunmüddətli və uzanan münaqişələrə cəlb etməkdə maraqlı deyil”

Oğlu başqa ölkədə yaşayacaq

Oğlu başqa ölkədə yaşayacaq

Xarici qüvvələrin OYUNCAQLARI - Tural Abbaslı söyüş blogerlərinin feyk kampaniyasından DANIŞDI

Xarici qüvvələrin OYUNCAQLARI - Tural Abbaslı söyüş blogerlərinin feyk kampaniyasından DANIŞDI

Pezeşkian İranın kəşfiyyat nazirinin öldürüldüyünü TƏSDİQLƏDİ

Pezeşkian İranın kəşfiyyat nazirinin öldürüldüyünü TƏSDİQLƏDİ

“Turan Tovuz”un futbolçuları milli komandaya ÇAĞIRILDI

“Turan Tovuz”un futbolçuları milli komandaya ÇAĞIRILDI

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

F.S. qarayaxma kampaniyasındakı görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO

F.S. qarayaxma kampaniyasındakı görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO

AYB-nin Həmkarlar İttifaqına yeni sədr SEÇİLDİ

AYB-nin Həmkarlar İttifaqına yeni sədr SEÇİLDİ

Riçard Almeyda Braziliyada klubunu DƏYİŞDİ

Riçard Almeyda Braziliyada klubunu DƏYİŞDİ

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana GƏTİRİLDİ

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana GƏTİRİLDİ

Xırdalanın bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Xırdalanın bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Azərbaycan millisi Farer adalarına da böyük hesabla UDUZDU

Azərbaycan millisi Farer adalarına da böyük hesabla UDUZDU

Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik” - VİDEO

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik” - VİDEO

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

End of content

No more pages to load

RADİO