Avropa Komissiyası “X” sosial şəbəkəsini 120 milyon avro cərimələyib.
Bizim.Media xəbər verir ki, cərimə rəqəmsal xidmətlər haqqında qanunun pozulmasına görə tətbiq edilib.
ABŞ-ın dövlət katibi Marko Rubio bunu “xarici hökumətlərin Amerika texnoloji platformalarına hücumu” kimi qiymətləndirib.
“Ola bilsin ki, amerikalıların internetdə senzura olunması dövrü başa çatdı”, – deyə dövlət katibi X platformasında yazıb.
Bunun ardınca, ABŞ-ın vitse-prezidenti Vens Avropa İttifaqını söz azadlığını müdafiə etməyə çağırıb: “Aİ həmiyyətsiz səbəblərə görə Amerika şirkətlərinə hücum etməkdənsə, daha konstruktiv mövqe tutmalıdır”.
Bizim.Media