Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə keçmiş ali nümayəndəsi Federika Mogerini korrupsiya ittihamları fonunda Avropa Kollecinin rektoru vəzifəsindən istefa verib.
Bizim.Media xəbər verir ki, bu barədə Reuters agentliyi Mogerinin kollecin əməkdaşlarına, tələbələrinə və məzunlarına göndərdiyi elektron məktuba istinadən məlumat yayıb.
Mogerinin vəkili bildirib ki, o, hər hansı qanun pozuntusuna qarışdığını inkar edir və istintaqla əməkdaşlığa üstünlük verir.
Bizim.Media