Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və türkiyəli həmkarı Hakan Fidan Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının 32-ci iclası çərçivəsində ayaqüstü görüş keçiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanl Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti yayıb.
Mənbə qeyd edir ki, A.Mirzoyan iştirakçı ölkələrdən bir sıra həmkarları ilə söhbət aparıb.
Ermənistan XİN Hakan Fidanla danışıqların təfərrüatını açıqlamayıb.
Bizim.Media