“Mənə aydın idi ki, biz təkcə HƏMAS-la vuruşmurduq. Hizbullah, Əsəd rejimi, İraqdakı silahlı dəstələr, husilər və İranla döyüşürdük”.
Bizim.Media xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu deyib.
“Və biz qalib gəldik. Biz bu müharibəni qazandıq. Qazandıq, amma o sonsuzdur. Bu, bilirsiniz, xərçəng kimidir: şişi götürə bilərsiniz, amma o geri qayıda bilər. Bəzi xərçəng növləri belədir.
Ancaq onu götürməsəniz, öləcəksiniz. Ona görə də biz onu çıxardıq”, deyə o, əlavə edib.
Bizim.Media