İtaliya Ukrayna üçün Amerika silahlarının alınmasına dair PURL proqramında iştirakını dayandırır.
Bizim.Media xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani Brüsseldə jurnalistlərə bildirib.
O qeyd edib ki, davam edən sülh danışıqları fonunda ölkəsinin Ukrayna üçün ABŞ silahlarının alınmasına yönəlmiş NATO proqramında iştirakı artıq olardı.
“Əgər razılaşmaya nail olsaq və döyüşlər dayansa, silaha artıq ehtiyac qalmayacaq. O zaman təhlükəsizlik zəmanətləri kimi başqa şeylər lazım olacaq”, - Tayani deyib.
Bizim.Media