Rusiya Prezidenti Vladimir Putinin ABŞ nümayəndə heyəti ilə söhbəti artıq üç saatdan artıqdır davam edir.
Bizim.Media xəbər verir ki, görüşün başa çatması barədə hələ məlumat verilməyib.
Rusiya tərəfdən görüşdə Putinlə yanaşı, köməkçisi Yuri Uşakov, Xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndə, Rusiya İnvestisiya Fondunun (RFPI) baş direktoru Kirill Dmitriyev, ABŞ tərəfdən isə Trampın xüsusi nümayəndəsi Uitkoffla yanaşı, sahibkar, investor, və Trampın kürəkəni Affinity Partners şirkətinin təsisçisi Cared Kuşner
iştirak edir.
Bizim.Media