“ABŞ Ukraynaya verdiyi yardımın əhəmiyyətli hissəsini nağd şəkildə ödəyib”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
“Bayden 350 milyard dolları elə şirniyyat kimi payladı. Bu, böyük bir pul məbləğidir və onun böyük hissəsi nağd, çoxu isə avadanlıq şəklindədir”, - deyə ABŞ prezidenti bildirib.
O əlavə edib ki, ABŞ artıq Ukraynadakı müharibəni maliyyələşdirmir.
Bizim.Media