Əslən Şərqi Azərbaycan əyalətinin Miyana şəhərindən olan tanınmış rejissor Cəfər Pənahi Tehran İnqilab Məhkəməsinin qərarı ilə həbs cəzasına məhkum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Azad İran" "Telegram" kanalı yayıb.
Məlumata görə, məhkəmə Pənahiyə "dövlət quruluşuna qarşı təbliğat aparmaq" ittihamı ilə bir il həbs və iki il ölkədən çıxış qadağası qoyub.
Habelə, rejissora həbsdən sonra iki il müddətinə siyasi və ictimai təşkilatlarda fəaliyyət göstərmək də qadağan olunub.
Xəbərdə bildirilir ki, Pənahi İran kinosunun önəmli simalarından biri kimi tanınır.

Bizim.Media