Yermakın yerinə 6 namizəd var

Ukrayna Prezidenti Volodimir Zelenski hələ öz Administrasiyasının növbəti rəhbərini seçməyib. Boş olan vəzifəyə bir neçə namizəd nəzərdən keçirilir. 

Bizim.Media xəbər verir ki, bu barədə RБК-Ukrayna saytının “Yermak dövrünün sonu. Niyə Zelenski Prezident Administrasiyasının rəhbərini işdən çıxardı və bu nəyi dəyişəcək?” məqaləsində məlumat verilir.

Dörd əsas namizəd arasında Müdafiə naziri Denis Şmıqal, baş anzirinin birinci  müavini Mixail Fedorov, Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov və Prezident Administrasiyasının müavini Pavel Palisa var.

“Üç nəfər prezidentin dərhal düşündüyü şəxslərdir, Palisa isə işində yaxşı özünü göstərib”, — deyə RБК-Ukrayna-nın mənbəsi bildirib.

Onun sözlərinə görə, baş nazir Yuliya Sviridenkonun Prezident Administrasiyasının rəhbəri təyin olunması ehtimalı azdır, çünki hakimiyyət yenidən baş nazirin dəyişməsini istəmir.
 

“Düşünürəm ki, Zelenski artıq qərar verib ki, xarici məsələlərlə, Xarici İşlər Nazirliyi və digər qurumlarla şəxsən məşğul olacaq, amma Prezident Administrasiyasının rəhbəri daxili siyasətə cavabdeh olmalıdır. Ona görə də bu vəzifə hər halda yüksək səviyyəli bir şəxsə həvalə edilməlidir, əks halda aparat onu sadəcə yeyəcək”, — deyə başqa bir mənbə RБК-Ukrayna-ya bildirib.


Başqa bir mənbəyə görə, yuxarıda qeyd olunan dörd namizədlə siyahı məhdudlaşmır. Hələ iki, daha az görünən namizəd də mövcuddur.

Hər halda, Prezident Administrasiyasının rəhbər vəzifəsi ən azından çərşənbəyə qədər boş qalacaq, həmin gün Zelenski xarici səfərdən qayıdacaq.

Xatırladaq ki, 28 noyabr səhər saatlarında NAБУ detektivləri və SАP prokurorları Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın evinə və ofisinə baxış keçiriblər.

Sonradan Yermak özü baxışların həyata keçirildiyini təsdiqləyib və bildirib ki, istintaqla əməkdaşlıq edir, onun vəkilləri isə hüquq-mühafizə orqanları ilə əlaqəni saxlayır.

RБК-Ukrayna-ya görə, bu tədbirlər “Midas” işinin araşdırılması ilə bağlı ola bilər. Məsələ enerji sektorunda iri korrupsiya sxeminə aiddir. Burada “Kvartal-95” şirkətinin sahibkarı və ortağı Timur Mindiç və bir sıra digər keçmiş yüksək vəzifəli rəsmilər iştirak edir.

Baxışlardan həmin gün sonra Prezident Zelenski bildirib ki, Yermak istefa ərizəsi yazıb. Bir müddət sonra isə o, Yermakın işdən çıxarılması barədə fərman imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

İlham Əliyev: "Biz bu torpaqların əsl sahibləriyik" - VİDEO

İlham Əliyev: "Biz bu torpaqların əsl sahibləriyik" - VİDEO

End of content

No more pages to load

RADİO