İsrailin iki telekanalı Tehran və Qüds arasında gərginliyin daha da dərinləşəcəyini və hər iki ölkənin 12 günlük müharibədən daha böyük bir qarşıdurmaya doğru irəlilədiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Iranintl nəşri yazıb.
Mənbə qeyd edir ki, "JFed" kod adlı İsrail rəsmisi bildirib ki, İsrailin niyyəti İran hökumətini devirməkdir.
O, İsrailin 12 günlük qarşıdurmadan daha uzunmüddətli müharibəyə hazırlaşdığını və Donald Trampın prezidentliyi başa çatmadan İran hakimiyyətini çökdürməyi planlaşdırdığını vurğulayıb.
Eyni təhlil "Kan" telekanalında da yer alıb. Burada, yüksək rütbəli İsrail rəsmilərinin dediklərinə görə, Təl-Əvivin məqsədi İslam Respublikasını süquta məcbur etməkdir.
Bizim.Media