Ukraynada müharibənin sülh yolu ilə başa çatdırılması ilə bağlı Kiyevlə aparılan danışıqlar yaxşı gedir.
Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Florida ştatında Şükran Günü münasibətilə keçirdiyi istirahətdən Vaşinqtona qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Ukrayna ilə bağlı razılaşmanın əldə olunması üçün “yaxşı şans” var.
Ağ Evin rəhbəri əlavə edib ki, Floridada keçirilən danışıqlarda ABŞ və Ukrayna nümayəndə heyətləri “ümumi dil tapa biliblər”.
Tramp vurğulayıb ki, Ukraynada münaqişənin həlli ilə bağlı Rusiyaya hər hansı vaxt limiti qoymaq niyyətində deyil.
“Mənim üçün son tarix — müharibə dayanan vaxtdır”, — deyə o, qeyd edib.
Xatırladaq ki, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ABŞ-ın hazırladığı sülh planını müzakirə etmək üçün dekabrın 2-də Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Onun bu gün Rusiyaya gəlişi gözlənilir.
Bizim.Media