Kabil Rusiya hökuməti ilə əfqan işçi miqrantlarının kənd təsərrüfatında işləməsi üçün cəlb olunması məsələsini müzakirə edir.
Bizim.Media xəbər verir ki, bu barədə Əfqanıstanın Rusiyadakı səfiri Həssan məlumat verib.
O qeyd edib ki, bu məsələ yaxınlarda Tatarıstanın rəhbəri Minnixanovla da müzakirə olunub.
Səfir əlavə edib ki, əfqan tərəfi işçiləri əsasən aqrar sahə üçün təklif edib, lakin əməkdaşlığın digər sahələri də əhatə etməsini ümid edir. Bununla yanaşı, konkret razılaşmalar hələ ki yoxdur və tərəflər dialoqu davam etdirirlər.
Bizim.Media