Tbilisidə Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqların dayandırılmasının ildönümündə kütləvi aksiya keçirilir.
Bizim.Media xəbər verir ki, etirazçılar Gürcüstan, Avropa İttifaqı, Ukrayna, Almaniya və ABŞ bayraqları daşıyıblar.
Nümayişçilər “Sonadək!” şüarı səsləndirirlər. Bir neçə etiraz plakatında mitinqin əsas tələbi qeyd olunub: “Rejim istefaya”.
Bizim.Media