Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak istefa verib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski video müraciətində məlumat verib.
“Mən Andriyə minnətdaram ki, danışıqlar prosesində Ukraynanın mövqeyi həmişə məhz olması lazım olduğu kimi onun tərəfindən təqdim olunub. Bu həmişə vətənpərvər mövqe olub. Amma istəyirəm ki, şayiələr və manipulyasiyalar olmasın. Yeni Ofis rəhbərinə gəlincə, sabah bu quruma rəhbərlik edə biləcək şəxslərlə məsləhətləşmələr aparacağam”, - Zelenski deyib.
Bizim.Media