Yaponlar bir avtomobilin alınıb-alınmayacağını cəmi 5 dəqiqəyə anlayırlar: Bu da həmin üsul

Yapon sürücülər sürətli və effektiv sistem sayəsində, hətta böyük hərraclarda belə, avtomobilin alınıb-alınmayacağına cəmi 5 dəqiqədə qərar verirlər. Buna görə nə avtomobili servisdə yoxlatdırmağa ehtiyac duyurlar, nə də maşından anlayan bir dostu yanlarında aparmağa.

Bizim.Media xəbər verir ki, yaponların ilk etdiyi yoxlama avtomobilin gövdəsində hər hansı əyrilik olub-olmadığını müəyyənləşdirməyə yönəlmiş sadə bir baxış təhlilidir. 
 

Alıcı əvvəlcə avtomobilin sol ön küncündən sağ arxa tərəfinə, sonra isə tam tərs istiqamətə baxır. Faraların yanında kapotun yuxarı qalxması, baqaj qapağında işıq əksinin pozulması və ya künclərdə əyrilik görünməsi, avtomobilin keçmişdə qəzaya düşdüyünün vacib göstəricisi sayılır.


Yaponların ifadəsi ilə: "Gövdəsi əyri olan maşın, ilk baxışdan “yalan” danışır."

Mühərrikin ümumi vəziyyəti yağ çubuğu ilə anındaca üzə çıxır. Yağ çubuğundan kəskin qoxu gəlirsə, deməli mühərrik həddindən artıq qızıb. Çubuq tam qaralmış vəziyyətdədirsə, bu yağın ən azı 15 min kilometrdir dəyişdirilmədiyi deməkdir.

Daha sonra kapotun temperaturu əl ilə yoxlanılır:

- Kapot çətinliklə isinirsə - mühərrik zəifdir

- İlıqdır, amma yandırmırsa - vəziyyət yaxşıdır

- Əl yandıracaq qədər istidirsə - mühərrikdə həddindən artıq qızma problemi var

Yaponiyada alıcılar kilometraj göstəricisinə yox, avtomobildəki aşınma izlərinə diqqət edirlər. Əgər sükanın dəri hissəsi soyulubsa, amma paneldə 78 min kilometr yazılıbsa, kilometrajın geri sarılması ehtimalı yüksəkdir. Hamarlaşmış əyləc pedalı 200 min kilometrdən artıq istifadə deməkdir. Sürücü xalçısında daban yerində deşiklər varsa, bu, maşının gündəlik istifadədə olduğunu göstərir.

Yaponların dediyi kimi: "Ayağın izi, kilometrajdan daha az yalan danışır."

Son mərhələdə alıcı avtomobilə oturur, qapıları bağlayır və 30 saniyə boyunca heç bir hərəkət etmədən dinləyir. Qıcırdama, boşluq səsi kimi əlamətlər varsa, avtomobil dərhal siyahıdan çıxarılır. Salonun tam səssiz olması isə avtomobilin yaxşı qorunduğunu göstərir. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

End of content

No more pages to load

RADİO