Özbəkistanda elektron siqaretlərin dövriyyəsi tam şəkildə qadağan edilib.
Bizim.Media Özbəkistan Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Prezident Şavkat Mirziyoyev müvafiq qanununu təsdiqləyib.
Yeni qanun elektron siqaretlərin satışını, idxalını və dövriyyəsini qanunsuz hesab edir və pozuntular üçün sərt cəza mexanizmləri nəzərdə tutur.
Qanunun tələblərinə əsasən:
- böyük həcmli dövriyyə və ya inzibati cəzadan sonra təkrar pozuntu zamanı 300–500 baza hesablaması miqdarında (10,3–17,2 min dollar) cərimə tətbiq edilir;
- alternativ olaraq 2–3 il islah işləri;
- daha ağır hallarda isə 3–5 il azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən qanun layihəsi parlamentin Qanunvericilik Palatası tərəfindən yanvar ayında qəbul edilib, apreldə Senatın təsdiqini alıb.
Bizim.Media