Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun (SAPO) əməkdaşlarının onun evində axtarışlar apardığını təsdiqləyib.
Bizim.Media xəbər verir ki, o bu barədə “Telegram” kanalında yazıb.
"Bu gün həqiqətən də NABU və SAP mənim evimdə axtarış aparır. Müstəntiqlər heç bir maneə ilə üzləşmirlər. Onlara mənzilə tam giriş imkanı verilib, vəkillərim yerindədir, hüquq-mühafizə orqanları ilə ünsiyyətdədirlər. Mən tam dəstəyi təmin edirəm" - deyə Yermak paylaşımda yazıb.

Bizim.Media