Alyaskada 6,0 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:11-də (Bakı vaxtı ilə 21:11) Susitnadan 12 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 69,4 kilometr dərinlikdə yerləşib.
Sunami təhlükəsi yoxdur. Xəsarət və dağıntılar barədə məlumat verilmir.
Bizim.Media