Rusiya Prezidenti Vladimir Putinin səfəri zamanı Qırğızıstan hakimiyyəti prezident iqamətgahı “İntımak Ordo”nun yanında böyük konstruksiyalı ekran quraşdırıb. Bu ekran 200 metr məsafədə yerləşən Ukrayna səfirliyinin görünüşünü örtmək üçün istifadə olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Telegram kanalları yazıb.
Mövzuya Ukrayna səfirliyi şərh verməkdən imtina edib.
Yalnız qeyd ediblər ki, əlaqə açıq-aşkar var.
Bizim.Media