Roman Abramoviçdən “Çelsi” futbol klubunu alan amerikalı investor Todd Boeli indi də “Lukoyl”un beynəlxalq aktivlərinə maraq göstərib.
Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Boeli potensial əməliyyat üçün BƏƏ-dən anonim investorla birgə konsorsium yaradıb. Onların maraqlarını 2018-ci ildə VTB Capital-in ABŞ bölməsinin keçmiş menecerləri tərəfindən yaradılmış Xtellus Partners şirkəti təmsil edir. Bu şirkət VTB-dən strukturu satın almışdı.
“Lukoyl”un beynəlxalq biznesinin qeydiyyatda olduğu Avstriya filialı qrupun xarici aktivlərini 22 milyard dollar qiymətləndirib. Aktivlər portfelinə Avropadakı neft zavodları, İraq və Mərkəzi Asiya ölkələrində yataqlar, həmçinin ABŞ-da yanacaqdoldurma stansiyaları şəbəkəsi daxildir.
“Lukoyl” oktyabr ayında xarici aktivləri satmaq niyyətini elan edib. Bu, ABŞ-ın Ukrayna müharibəsi ilə bağlı Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan sonra baş verib.
Bizim.Media