Rusiya silahları real döyüş əməliyyatlarında öz effektivliyini sübut edib və Moskva KTMT üzrə müttəfiqlərinə bu texnika ilə genişmiqyaslı təchizat proqramı təklif edir.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu təşəbbüslə təşkilatın sammitində Rusiya prezidenti Vladimir Putin çıxış edib.
“Rusiya 2026-cı ildə təşkilata sədrliyi çərçivəsində KTMT-nin hərbi potensialının gücləndirilməsi ilə bağlı bütün məsələlər üzrə müttəfiqlərlə sıx əməkdaşlığı davam etdirəcək”, — deyə o bildirib.
“Əsas səylərimizi milli kontingentlərin döyüş qabiliyyətinin artırılmasına və kollektiv qüvvələrin idarə olunmasının təkmilləşdirilməsinə yönəldəcəyik”.
Putin əlavə edib: “Real hərbi əməliyyatlar zamanı effektivliyini sübut etmiş müasir silah və texnika nümunələri ilə kollektiv qüvvələrin genişmiqyaslı təchizatı proqramının işə salınmasını təklif edirik”.
Bizim.Media