İmişli rayonu ərazisində üç nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə saat 11 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Qulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı "Toyota", "Mercedes" və "Hyundai" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan üç nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.



Bizim.Media