Rusiya noyabrın 27-nə keçən gecə Ukraynaya genişmiqyaslı dron hücumu həyata keçirib. Ümumilikdə 142 zərbə dronu istifadəyə cəlb olunub, onların böyük hissəsi Ukraynanın hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.
Bizim.Media xəbər verir ki, bu barədə RBC-Ukrayna nəşri yazıb.
Hücum Shahed tipli PUA-lar və digər modellərlə Kursk, Oryol, Millerovo, Bryansk, Primorsko-Axtarsk (Rusiya) və Qvardeyskoye (Krım) istiqamətlərindən həyata keçirilib.
Ukrayna Hərbi Hava Qüvvələrinin ilkin açıqlamasına əsasən, saat 08:30-a olan vəziyyətə görə, ölkənin şimal, cənub və şərq bölgələrində ümumilikdə 92 dron vurulub və ya zərərsizləşdirilib.
Məlumatda bildirilib ki, 42 zərbə dronu 18 müxtəlif lokasiyaya düşüb, həmçinin vurulan dronların qalıqları 3 əlavə ərazidə qeydə alınıb.
Bizim.Media